Qadin.NET / Təyyarədə utandı, 76 kq arıqladı - FOTO

Təyyarədə utandı, 76 kq arıqladı - FOTO

Təyyarədə utandı, 76 kq arıqladı - FOTO


Artıq çəkili qadın təyyarədə oturacağın təhlükəsizlik kəmərinin belinə çatmaması səbəbindən özünü təhqir olunmuş hesab edib və bundan sonra 76 kiloqram arıqlayıb.

Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

32 yaşlı Kelsi Bonas ailə həyatı qurduqdan və Britaniyaya köçdükdən sonra “fast-food”a alışıb. Nəticədə, onun çəkisi 136 kq-a çatıb və bu, narahatlıqlar yaradıb.

Kök olduğu üçün qadın uşaqları ilə oynaya bilməyib. Təyyarədə təhlükəsizlik kəməri ilə bağlı yaşadığı utanc isə onu özünə gətirib.

Əvvəl pəhriz saxlamaq istəsə də, o, buna nail olmayıb. Nəticədə, K.Bonas mədəkiçiltmə əməliyyatı etdirmək barədə qərar verib. Bununla belə, o, təkcə əməliyyatla bu işi həll etməyin doğru olmadığını bildirib.

“Bir gün yuxudan ayılıb, özünü arıq görə bilməzsən. Düzgün qərarlar vermək lazımdır”, - deyə o, bildirib.

Kelsi əməliyyatdan sonra sağlam qidalanmağa başlayıb. Bununla da, 76 kq arıqlayıb



Təyyarədə utandı, 76 kq arıqladı - FOTO

Təyyarədə utandı, 76 kq arıqladı - FOTO

Təyyarədə utandı, 76 kq arıqladı - FOTO


29 yanvar 2020
GO BACK