Qadin.NET / Yer kürəsinin orbitində partlayış baş verə bilər

Yer kürəsinin orbitində partlayış baş verə bilər

Yer kürəsinin orbitində partlayış baş verə bilər


Yanvarın 29-u Yer kürəsinin orbitində “kiçik kosmik fəlakət” baş verə bilər.

Qadin.Net xəbər verir ki, istfadədən çıxarılmış IRAS (1983-cü ildən fəaliyyətdə olub) teleskopu sıradan çıxmış GGSE-4 (1967-ci ildə orbitə buraxılıb) elmi stansiyası ilə toqquşa bilər.

Mütəxəssislərin hesablamalarına görə onlar 900 kilometr hündürlükdə bir-birindən 15-30 metr məsafədə keçəcəklər.

Onlarla əlaqə kəsildiyi səbəbindən kosmik agentliklər süni cisimlərin uçuş trayektoriyasına müdaxilə edə bilmirlər.

Onların toqquşması az ehtimal edilsə də, bu baş verdikdə cisimlərin yerə tökülən qalıqları insanlara təhlükə yarada bilər.

29 yanvar 2020
GO BACK