Əfsanəvi basketbolçu Kobe Brayant və 13 yaşlı qızı Jannanın öldüyü faciə ilə əlaqədar bütün dünya kədərlənsə də, sosial mediada bəziləri RİP imzaları olan cənazə şamları yerinə 2003-cü ildə Kobe'nin təcavüzdə ittiham edildiyini ifadə edən məqalələri paylaşırlar.
Qadoin.Net oxu.az-a istinadən xəbər verir ki, əfsanəvi idmançının həyatındakı bir neçə qalmaqallı hekayədən biri “Washington Post” qəzetinin jurnalisti Felisia Sonmez tərəfindən xatırlanıb.Media işçisi dünya miqyasında kədərin səngiməyini gözləmədən Kobenin çirkin əməlini ortalığa çıxarıb.
Felisia Brayantın ölüm xəbərindən bir neçə saat sonra, 2016-cı ildə edilmiş araşdırmanı şəxsi “Twitter” hesabında paylaşaraq, gündəmə ilgic iddia ilə düşüb.Jurnalistin işlədiyi informasiya agentliyinin rəhbərliyi paylaşılan məlumatı ədəbsiz sayaraq Sonmezi bir müddətlik işdən kənarlaşdırıb.17 il öncə baş vermiş zorlama hadisəsinə inanlar isə onu öz hesablarında yayımlayaraq jurnalistə haqq qazandırıblar2003-cü ildə otel qulluqçularından biri olan Keytlin Feber o zaman 25 yaşlı Brayantı təcavüzdə ittiham etmişdi. Qızın sözlərinə görə, təcavüz basketbolçunun yaşadığı otaqda baş verib. Feber təcavüz hadisəsindən sonra boyük sarsıntı keçirdiyini bildirmişdi.