Ukraynalı müğənni Maruv növbəti dəfə qarət olunub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 24-də Ukraynanın paytaxtı Kievdə gerçəkləşib.
İfaçının avtomoblinin şüşəsi sındırılaraq içərisindən qızıllar, telefon nömrələri, videoregistrator və yükləmə qurğuları götürülüb.
Şəhər polisi artıq oğrunu yaxalayıb. Hadisəni törədən şəxsin 40 yaşlı Gürcüstan vətəndaşı olduğu məlum olub. Onu 2 aydan 12 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, bundan əvvəl Maruvun hava limanında çamadanı qarət edilmişdi