Qadin.NET / “Aşkı memnu”nu Kopyaladılar-FOTO

“Aşkı memnu”nu Kopyaladılar-FOTO

“Aşkı memnu”nu Kopyaladılar-FOTO


“Aşkı memnu” serialının ssenaristləri Ece Yörenc və Mələk Gəncoğlu ötən il Rumıniyanın məşhur televiziya kanalı “Antena 1”lə bağlı Buxarest məhkəməsinə etdiyi müraciət nəticələnib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, onların məhkəməyə müraciətinin səbəbi isə kanalda yayımlanan “Fructul Oprit” (Yasaq meyvə) serialının ssenarisinin “Aşkı memnu”dan eynilə kopyalanmasıdır.

Ötən gün baş tutan məhkəmədə bütün sosial platformalarda serialın yayımının dayandırılmasına qərar verilib.

Qeyd edək ki, “Aşkı memnu” serialı 2008-2010-cu illərdə yayımlanıb. Final bölümü ilə televiziya tarixinin ən yüksək izlənmə rəqəmi yığan serialı kimi tarixə keçib. Bundan başqa, 2009-cu ildə ən çox şikayət edilən serial olub. Original versiyası dünyanın 32 ölkəsinə satılıb. Həmçinin, Amerikada ispan dilində yayımlanan “Telemundo” kanalı da serialın ssenarisini alaraq “Pasion Prohibida” adı ilə yenidən çəkib.

“Aşkı memnu”nu Kopyaladılar-FOTO

“Aşkı memnu”nu Kopyaladılar-FOTO


28 yanvar 2020
GO BACK