Qadin.NET / Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO

Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO

Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO


Alman aktrisa, teleaparıcı və keçmiş supermodel Haydi Klum Los-Ancelesdəki “Grammy Awards” Mükafatlandırma mərasimində açıq-saçıq geyimdə görünüb. 

 Qadin.Net-in məlumatına görə, o, bununla bağlı görüntüləri “İnstagram” hesabında yerləşdirib.

46 yaşlı məşhur “Dundas World” brendinin metal bəzəkli şəffaf parça ilə hazırlanmış geyimində olub. Klum obrazını “Giuseppe Zanotti” səndəlləri, həmçinin, “Lorraine Schwartz”dan zinət əşyaları ilə tamamlayıb.

Keçmiş supermodelin yaşına baxmayaraq, cazibədar görünüşünü qoruyub saxlaması istifadəçilər tərəfindən böyük bəyənmə ilə qarşılanıb. Klum pərəstişkarları şərhlərində “Həmişəki kimi, cazibədar”, “Gözəl xanım”, “Çox zərif”, “Mütləq kamillik. Sən, ümumiyyətlə, qocalırsan?”, - deyə yazıblar.


Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO

Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO

Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO


28 yanvar 2020
GO BACK