“Kiralık aşk” serialı ilə daha da sevilən türkiyəli aktrisa Elçin Sanqu sevənlərinə məyusedici xəbər verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa yeni mövsümdə serialda rol almayacağını deyərək üsyan edib:
“Televiziyada bizim istədiyimiz şərait yaradılmır. 150 dəqiqəlik ekran işində rol almaq istəmirik. Hər kəsin düşündüyü kimi parlaq vəziyyət yoxdur. Biz bahalı fəhlələrik”.
Qeyd edək ki, E.Sanqu hazırda “9 kere Leyla” filminə çəkilir.