Türkiyəli aktrisa Serenay Sarıqaya “Bergen” filmi üçün hazırlıqlara başlayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ekran işində mərhum müğənni Bergenin həyatını canlandıracaq aktrisa “Acıların kadını”, “Sen affetsen ben affetmem”, “Yıllar affetmez” mahnılarını səsləndirəcək.
Bu səbəbdən Serenay səs dərsləri almağa başlayıb.
Aktrisa müsahibəsində “bu film mənim yaradıcılığımda çox dəyər verdiyim bir işdir. Hər şeyin çox gözəl olmasını istəyirəm” açıqlamasını verib