Avstraliya sakini biskvit yemək yarışında iştirak etdikdən sonra ölüb.
Qadin.Net bildirir ki, bu barədə BBC xəbər yayıb.
Məlumata görə, iştirakçılar “Avstraliya Günü” şərəfinə Avstraliyanın Kvinslend ştatının Hervi-Bey hotelində keçirilən ənənəvi sürət yarışında şokoladlı biskvit yeyiblər. Şahidlərin sözlərinə görə, 60 yaşlı qadın növbəti şirniyyatı yeyərkən onda epilepsiya tutmaları başlayıb.
Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sürətli yemək yarışı qitədə milli bayram olan “Avstraliya Günü”ndə populyar əyləncə formasıdır