Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələdə zərər çəkən şəxslərə meqastar Tarkanın rekord məbləğdə gizli şəkildə yardım etdiyi məlum olub.
Qadin.Net xəbər verir ki, Tarkan zəlzələdə zərər çəkənlərə yardım edilməsi üçün yaradılan təşkilata 100 min TL ödəniş edib. Meqastarın bu yardımı bir çox məşhurlardan fərqli olaraq, gizli şəkildə etməsi alqışlanıb.
Hərəkəti ilə böyük rəğbət qazanan Tarkan şəxsi İnstaqram hesabında zəlzələ ilə bağlı qısa paylaşım edib:
“Elazığda baş verən zəlzələ ilə bağlı vətəndaşlarımıza səbr diləyirəm. Dualarımız millətimiz və ölkəmizlədir”.
Qeyd edək ki, Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə 38 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.
Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra ölkə şou-biznesinin məşhurları sosial media və digər vasitələrlə yardımlar etməyə başlayıb. TV8-in sahibi Acun İlicalı, Demet Akalın, Hadisə, Murat Boz, Seda Sayan, Haluk Levent və digər məşhurlar yardım kampaniyasına başlayıblar