Qadin.NET / Tanınmış səyyah velosipedlə Azərbaycana gələcək

Tanınmış səyyah velosipedlə Azərbaycana gələcək

Tanınmış səyyah velosipedlə Azərbaycana gələcək


Polşalı velosipedçi və məşhur səyyah Yarek Kaptayn dünya turuna Cənubi Qafqazla davam edəcək.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, səyyah yanvarın 30-dan fevralın 2-dək Poznan şəhərində keçiriləcək turizm festivalında indiyədək etdiyi səfərlər və qarşıdakı Cənubi Qafqaz turu barədə danışacaq. Bu səfərin məqsədi Avropa və Asiyanın qovşağındakı möcüzəli yerləri polşalı turistlərə tanıtmaqdır.

Səyyah Cənubi Qafqaz turuna Kutaisidən başlayacaq və Bakıda tamamlayacaq. O, Azərbaycanda əsasən Xəzər dənizi ətrafı ilə hərəkət edəcək, həmçinin velosipedlə bir neçə yüksəkliyə qalxacaq.

27 yanvar 2020
GO BACK