Rusiyalı model Natalia Vadianova dünyanın ən zəngin insanlarından biri Antoin Arnaultla münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 9 ildir birlikdə olan cütlük evlilik hazırlıqlarına start verib. Onlar mərasim üçün Fransada bir neçə məkana baxsalar da, son olaraq Antalyada toy etməyi düşündüklərini açıqlayıblar.
Qeyd edək ki, Rusiyanın Nijni Novqorod şəhərində doğulan və uzun illər orada bazarda meyvə satan Natalia bu gün dünyanın ən çox qazanan modelləri arasındadır. Bazarda meyvə satarkən kəşf edilən Vadianovanın o zaman 15 yaşı olub. Məşhur model agentliklərindən birindən gələn təklifi qəbul edən Natalia 3 aya ingilis dilini öyrənib və əvvəl İngiltərə, sonradan Fransada yaşamağa başlayıb. İlk evliliyi ingilis Castin Portmanla olan modelin ondan 3, Arnaultdan isə 2 övladı var