Çin səhiyyə idarəsi ölkədə sürətlə yayılan, artıq 56 nəfərin həyatına son qoyan koronavirusa qarşı peyvənd ixtira etməyə başlayıb.
Qadin.Net bildirir ki, “South China Morning Post” qəzetinin xəbərinə görə, virologiya mütəxəssisi Şü Vınbo xəstəliyə qarşı peyvəndin hazırlanması yolunda bir çox işlər görüldüyünü deyib.
O, mütəxəssislərin 2 yanvar tarixindən bəri virusdan dörd nümunənin patogen quruluşunu müəyyənləşdirmək üçün yüksək ötürücü ardıcıllıq metodlarından istifadə etdiklərini bildirib.