Qadin.NET / Virusa yoluxanların sayı artdı - 21 mindən çox şəxs...

Virusa yoluxanların sayı artdı - 21 mindən çox şəxs...

Virusa yoluxanların sayı artdı - 21 mindən çox şəxs...


Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 1985 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 56-ya çatıb. Xəstələrdən 324-nün vəziyyəti ağırdır.

Qadin.Net bildirir ki, teleqraf Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, koronavirusa ən çox yoluxma və ölüm halları elə virusun aşkarlandığı Xubey vilayətində (1052 nəfər yoluxma, 52 ölüm halı) baş verib. İndiyədək 49 xəstə müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün xəstəxananı tərk edib.

Virusa yoluxması şübhəli bilinən 2700 nəfərə yaxın şəxsin müayinəsi və analizləri aparılır. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 21 mindən çox adam tibbi nəzarət altına alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya və Nepalda ümumilikdə 23 nəfərin virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.

Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. Ölkənin gömrük xidməti Çin sərhədini keçən bütün şəxslərdən sağlamlıq vəziyyəti haqqında anket doldurmasını tələb etməyə başlayıb.

26 yanvar 2020
GO BACK