Qadin.NET / Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO

Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO

Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO


27 yaşlı model və “Miss Moskva 2015” Oksana Voyevodinanın səhhətində ciddi problemlər yaranıb.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, 49 yaşlı Malayziyanın keçmiş kralı V Məhəmmədin keçmiş həyat yoldaşı “İnstagram” hesabında həyatının gizli məqamlarını izləyiciləri ilə bölüşüb. Keçən il bahar fəslinin son aylarında kralla evlənib, bir oğlan övladı dünyaya gətirən Oksana doğuşdan sonra aşkarlanan problemləri gün üzünə çıxarıb.

“Hamiləlikdən əvvəl hər zaman idmanın bir sıra növləri ilə məşğul idim - fitness, yoqa, pilates, xizək, tennis, avtoport, Tayland boksu və s. Adi həyat tərzimə qayıda biləcəyim anı gözləyirdim, amma...

Keçmiş ərimlə qalmaqallı şəkildə ayrıldığım zaman bir anestezioloq məni görməyə gəldi və o anda özümü o qədər pis hiss etdim ki, ağrıdan artıq gözlərimə qaranlıq gəlirdi. Xatırlayıram ki, həkim inyeksiyadan əvvəl qəzəbləndi. Ona skolioz keçirdiyimi söyləyəndə bildirdi ki, əgər mən doğru şəkildə oturmayıb, özümü əsdirsəm, dərmanı düzgün şəkildə bədənimə vura bilməyəcək. Nəticəsi isə çox pis olacaq. Bundan sonra bədənimə rahatlıq gəldi. Ancaq ertəsi gün səhər kürəyim düzləşmədi.

Təxminən, iki ay yaşlı bir qadın kimi gəzdim. MRT-yə getdim - və 3 yırtıq, çıxıntılar və sümük iliyi problemimin olduğu ortaya çıxdı”- deyə, Oksana sosial şəbəkədə at sürmə dərsinin videosunu paylaşarkən şərh verib.

Model səhhətində üzləşdiyi problemlər səbəbi ilə müxtəlif mütəxəssislərə müraciət etdiyini, lakin bu günə qədər aldığı müalicənin təsirini görmədiyini vurğulayıb. 

“On neyrocərrah, ortoped, osteopatın qəbulunda oldum. Atam osteopatiya problemimi həll edəcəyini söylədi. Təəssüf ki, o da mənə kömək edə bilmədi. İndiyə qədər vaxtaşırı kəskin ağrılardan titrəyirəm və bu səbəbdən idman fəaliyyətimi dayandırmışam. Mütəxəssislərin gəldiyi qənaətə əsasən, mənə daimi şəkildə dartınmaq və üzmək lazımdır”.

Qeyd edək ki, Oksana Voyevodina ilə V Məhəmmədin boşanması ilə bağlı məlumatlar iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb. İlkin məlumatlara görə, kral xəyanət səbəbindən Voyevodinadan boşanıb. Ancaq “Miss Moskva” boşanma səbəbini açıqlamaqdan imtina edib.

Bundan sonra V Məhəmmədin vəkili Ko Tien Xua bildirib ki, Voyevodinanın övladının bioloji atasının kral olduğu ilə bağlı heç bir obyektiv səbəb yoxdur. Öz növbəsində vəkil Dmitri Mordvinsev deyib ki, Malayziya qanunlarına və şəriətə görə V Məhəmmədin Voyevodinadan oğlunu almağa haqqı var.

Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO

Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO

Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO


26 yanvar 2020
GO BACK