Qadin.NET / BÜRCLƏR bizə nə vəd edir?-26 Yanvar

BÜRCLƏR bizə nə vəd edir?-26 Yanvar

BÜRCLƏR bizə nə vəd edir?-26 Yanvar


Qoç - Xeyriyyə aksiyaları və digər ictimai tədbirlərdə iştirak etmək, ehtiyacı olanlar üçün pul toplamaq olar. Bununla belə, kommersiya fəaliyyəti effektli olmayacaq, sərfəli sövdələşmələrə bel bağlamağa dəyməz.

Buğa - Bu gün pul və işlə bağlı məsələlərin müzakirəsi üçün münasibdir. Amma yeni layihələrə başlamaq tövsiyə olunmur: yəqin ki, onları lazımi səviyyədə reallaşdırmaq mümkün olmayacaq.

Əkizlər - Yeni tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər tez bir zamanda romantik xarakter alacaq. Xırdalıqlara qarşı diqqətli olun! Əks təqdirdə keçmişin problem və qayğıları yenidən aktuallaşa bilər.

Xərçəng - Konkret nəticə əldə etməyə yönəlmiş işlər üçün yaxşı gündür. Aydın məqsədinizin olması nəzərəçarpacaq uğurları əldə etməyə yardım edə bilər. Hər şeyin əleyhinizə olduğunu hiss etsəniz belə, təslim olmayacaqsınız. Tezliklə məlum olacaq ki, köməkçiləriniz və müttəfiqləriniz var. Risk etmək olar. Bu gün əldə edilən sövdələşmələr uğurlu olacaq.

Şir - Uğursuz gündür. Emosional fon sabit deyil, bir çoxları aqressiv davranışa meyllidirlər. Hisslərini cilovlamağa yalnız kənar tendensiyaların təsirinə qeyri-həssas adamlar nail olacaqlar. 

Qız - Ən yaxşısı bu gün yeni nəyəsə başlamamaqdır. Əgər işlər təxirə salınmamalıdırsa, çox ehtiyatlı olun. Bu gün ətrafdakılarla fikir ayrılıqları yarana bilər. Həyatdan narazılıq sizi düşünülməmiş addımlara vadar edə bilər. Nəsə vacib bir şeyi unutmaq və ya itirmək təhlükəsi var.

Tərəzi - Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.

Əqrəb - Yaradıcılıq potensialı çox yüksəkdir. Bu, bir çox problemlərin orijinal həlli yollarını tapmağa imkan verəcək. Amma bəzən müəyyən xoşagəlməzliklər də gözlənilir: təxəyyül və fantaziyanız sizi çox uzaqlara apara bilər. Əqrəblər intuisiyalarına lazım olduğundan daha çox etibar edirlər. Bir qədər sağlam düşüncə pis olmazdı.

Oxatan - Romantik görüşlər, sevdiyiniz adamla ünsiyyət üçün münasib gündür. Yeni romanın başlanması da mümkündür. Bəzi Oxatanlar cəsur və düşünülməmiş addımlar ata bilərlər. Amma buna görə cəza gözlənilmir. Bürcün nümayəndələrinin bəxti gətirəcək.

Oğlaq - İstənilən aktiv fəaliyyət üçün əlverişli gündür. Enerjili və qərarlısınız, özünüzə inamınız tamdır. Sizə hədəfinizə çatmaqda mane ola biləcək insan və ya hadisəni təsəvvür etmək çətindir. Enerjinizi dinc məcraya yönəltməyə çalışın. Yoxsa, nəticələri ağır ola bilər. Gün idman və fiziki işlər üçün münasibdir.

Dolça - Bu gün ətrafdakılar üçün daha valehedici və cazibədar görünəcəksiniz. Bundan öz maraqlarınıza uyğun şəkildə yararlanmağa çalışın. Eksperimentlər etmək olar. Amma başqalarının hissləri ilə oynamaq qəti qadağandır: məğlub olacaqsınız. Barənizdə kompromatlara malik adamlarla iş görmək tövsiyə olunmur.
 
Balıqlar - Maraqlı gündür. Öz düşüncələrinizə nəzarət etmək çətindir. Onlar sizi çox uzaqlara aparır və gözlənilməz nəticələrə səbəb olur. Özünüzü çox tənqid etməyin, bacarıq və istedadınıza şübhə ilə yanaşmayın. Bu gün ulduzlar sizin tərəfinizdədir və bundan yararlanmamaq axmaqlıq olar

26 yanvar 2020
GO BACK