Yerə doğru 440 metrdən 990 metrədək diametri olan potensial təhlükəli asteroid uçur.
Nasa-nın verdiyi məlumata əsasən, 163373 nömrəli səma cisminin bizim planetimizin yaxınlığından 2020-ci ilin fevralında keçəcəyi gözlənilir.
Bildirilir ki, asteroid Yerə fevralın 15-də maksimum yaxınlaşacaq.
Bu asteroid 1995-ci ilin oktyabrında aşkar edilib. O, Yerin orbitindən keçən potensial təhlükəli səma cisimləri - “Apollonlar” qrupuna daxildir.
Növbəti dəfə Yerin yanından asteroid 2075-ci ildə keçəcək.