Sənətə olan sevgisi oğruya baha başa gəlib. Belə ki, əsəri oğurlamaq istəyərkən yıxılıb və ayağını sındırıb.
“Vesti”nin məlumatına görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib. Bununla bağlı müşahidə kameralarında qeydə alınmış kadrlardan görünür ki, 27 yaşlı gənc satışa çıxarılan “Qızıl payız” əsərinə yaxınlaşıb, onu götürüb və uzaqlaşmaq istəyib. Bu an əsərin müəllifi onu görüb və dalınca düşüb. Qarətçi qaçarkən yıxılıb və ayağını sındırıb.
Əsər sahibinə qaytarılıb. Dələduzu isə soyğunçuluq maddəsi ilə yeddi ilə qədər həbs gözləyir.