Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələdən sonra dağıntılar altında qalmış altı aylıq hamilə qadın xilas edilib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, Pınar Dişli adlı qadın dağıntılar altından çıxarılıb və həkimlərin nəzarətinə götürülüb
Xatırladaq ki, dünən Türkiyənin Elazığ və Malatya vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sır ayaşayış binası uçub. Dağıntılar altından qalan insanların çıxarılması davam etdirilir.
Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib