İsveçrə zərbxanası dünyanın ən kiçik qızıl sikkəsini istehsal edib.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, üzərində Albert Eynşteynin məşhur şəkli əks olunan sikkənin dəyəri İsveçrə frankının dörddə birinə bərabərdir.
Qızıl sikkənin çəkisi 60 milliqram, diametri isə təxminən 3 millimetrdir.
Sikkədə təsvir olunan şəkli adi gözlə görmək mümkün olmadığı üçün pul böyüdücü şüşə və işıqlandırma qurğusu ilə birgə buraxılıb.