Qadin.NET / Hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB

Hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB

Hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB


ABŞ Prezident administrasiyası "analıq turizmi"ni qadağan edən qərar qəbul edib.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika vətəndaşlığı almaq üçün körpəsini ABŞ-da dünyaya gətirmək istəyən anaların ölkəyə girişinə icazə verilməyəcək. Qadınlara o halda viza veriləcək ki, konsulluq əməkdaşları səfərin əsl məqsədinin dünyaya uşaq gətirmək olmadığını təsdiqləsinlər. Qərar sabahdan qüvvəyə minəcək.

Xatırladaq ki, təkcə 2012-ci ildə 36 min hamilə qadın uşağını dünyaya gətirmək və Amerika vətəndaşlığı almaq üçün ABŞ-a gedib, daha sonra isə ölkəsinə qayıdıb

24 yanvar 2020
GO BACK