Qadin.NET / Dünyanın ən varlı adamının gəlini olacaq-FOTO

Dünyanın ən varlı adamının gəlini olacaq-FOTO

Dünyanın ən varlı adamının gəlini  olacaq-FOTO


Xəbər verdiyimiz kimi, 37 yaşlı Natalya Vodyanova 42 yaşlı fransız iş adamı Antuan Arno ilə uzun müddətdir davam edən münasibətlərini rəsmiləşdirməyə qərar verib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, cütlüyün təmtəraqlı toyu Antalyada baş tutacaq. İddia olunur ki, 10 ildir birlikdə yaşayan məşhurlar xeyir işlərini modelin reklam siması olduğu “Maxx Royal Kemer Resort”da edəcək. Cütlüyün menecerlərini Antalyaya göndərdikləri və təşkilat rəhbərləri ilə görüşdükləri deyilir.

Xatırladaq ki, Natalya Vodyanova və Antuan Arno 2008-ci ildə tanış olub, onlar yalnız üç ildən sonra yaxın ünsiyyət qurmağa başlayıb. Görüşün təşəbbüskarı Antuan olub. O, milyarder Bernard Arnaultun oğlu, Fransanın və dünyanın ən varlı adamlarından biridir. Arno ailəsi “Louis Vuitton Moet Hennessy” moda imperiyasına sahibdir.

Qeyd edək ki, 2014-cü ilin may ayında onların ilk oğlu Maksim, 2016-cı ilin iyununda isə Roman dünyaya gəlib. Bundan əvvəl model Castin Portmanla evli olub. Vodyanova ilk nikahından üç uşaq dünyaya gətirib

Dünyanın ən varlı adamının gəlini  olacaq-FOTO


24 yanvar 2020
GO BACK