İri sinəyə sahib olmaq istəyən qadın həkim səriştəsizliyinin qurbanı olub.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, 2014-cü ildə iri sinəyə sahib olmaq üçün plastik əməliyyat keçirən qadın illər sonra eybəcər hala düşüb.
Hazırda 30 yaşı olan Hannah Packham adlı qadının sinəsindəki silikonlardan birinin partlaması nəticəsində onun süd vəzilərindən biri anormal şəkildə böyüyüb.
Döş xərçənginə yoluxduğunu düşünən qadın xəstəxanaya müraciət etdikdə silikonunun yırtıldığını öyrənib.
"Sinəmin biri qarpız boyda olmuşdu. Bədənimdə əlavə ağırlıq hiss edirdim. Sanki, hamiləydim. Ərimin yanında da çılpaq olmağa utanırdım. Sinəmin biri günü gündən böyüyürdü. Xərçəng olduğumu düşünürdüm, amma məlum oldu ki, silikon partlayıb", - Hanna söyləyib.
Qadın sinə böyütmə əməliyyatı etdirmək istəyənlərə xəbərdarlıq edərək bildirib ki, əməliyyat etdirdikləri həkimləri, klinikaları düzgün seçsinlər.