Qadin.NET / Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU

Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU

Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU


Madrid məhkəməsi 83 yaşlı bankir Xayme Botini, Pablo Pikassonun “Gənc qadının başını” rəsm əsərini İspaniyadan çıxarmaq istədiyi üçün 52.4 milyon avro cərimə və 18 ay həbs cəzasına məhkum edib

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bankir cərimə ödəməsə, iki ay həbs cəzası alacaq. Rəsm dövlət mülkiyyəti kimi tanınıb. Vəkillər qərardan şikayət etmək niyyətindədirlər.

Prokurorluq Botinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və 100 milyon avro cərimə ödəməsini tələb edirdi.

Rəsm əsəri Botinin şəxsi mülkü olsa da, İspaniyanın milli tarixi irsi siyahısına daxil edilib və dəyəri 26,2 milyon avrodur. Botin onu hərracda satmaq niyyətində idi. Ancaq "Christie's House" (Hərrac evi), İspaniya Mədəniyyət Nazirliyindən satışa icazə verən sənədləri istəyib. Mədəniyyət Nazirliyi icazə verməkdən imtina edib və rəsmin ölkə xaricinə ixraca müvəqqəti qadağa tətbiq edib. Buna baxmayaraq, Botin əsəri şəxsi yaxtasında Fransız Korsikasına gətirib və fransız gömrükçüləri tərəfindən saxlanılıb.

Sənət əsəri hazırda Madridin Kraliça Sofiya Muzeyində saxlanılır.

Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU


23 yanvar 2020
GO BACK