Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın atası Tomas Markl açıqlaması ilə təəccübə səbəb olub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Meqan Marklın atası Tomas Markl cütlüyün kral ailəsindən ayrılmasına münasibət bildirib.
O, qızının ünvanına kəskin ifadələr işlədib: “Onun bu addımı kral ailəsini nüfuzdan saldı. Meqan hər şeyi pul üçün etdi. O mənim böyütdüyüm qız ola bilməz”.
Qeyd edək ki, şahzadə Harri və həyat yoldaşı bir neçə gün öncə kral ailəsinin imtiyazlarından imtina edib