Təhsil Nazirliyi 5 və 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə qış tətilinin hansı tarixlərdə olacağını açıqlayıb.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayacaq. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
Orta məktəblərdə 6 günlük tədris həftəsi ilə oxuyan şagirdlər üçün tətildən sonra ilk dərs günü fevralın 1-də, 5 günlük dərs həftəsi ilə oxuyan şagirdlər üçün fevralın 3-də olacaq.