Xəyalındakı toyu etdiyinə görə anasına təşəkkür etmək üçün onu da özləri ilə bal ayına aparan gəlin həyatının şokunu yaşayıb.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, İngiltərədə yaşayan Lauren Wall adlı qadın xəyalındakı toyu gerçəkləşdiyinə görə özünü çox xoşbəxt hiss edirdi. Bu toyun baş tutmasında anası Julie-nin rolu əvəzsiz idi. O, toyun bütün xərclərini qarşılayıb. Qadın toy üçün 15 min fund-sterlinq xərcləyib.
Bunu görən qız anasına təşəkkür etmək üçün onu da özü ilə bal ayına dəvət edib. Lakin bir müddət sonra gəlin gerçəkləri öyrənəndə dəhşətə gəlib.
Belə ki, qızın anası onun sevgilisi ilə yatıb.
"Anamla ərim həmişə deyib-gülürdülər. Bundan xoşum gəlirdi. Ağlıma pis şey gəlməzdi. Kim anası ilə ərinin sevgili olduğunu düşünər ki?" - Lauren Mirror-a açıqlamasında söyləyib
Qeyd edək ki, Lauren Wall Paul White adlı sevgilisi ilə tanış olan vaxt 18 yaşı olub. Onlar fevral ayının 14-də münasibət qurublar.