Qadin.NET / Sürücülərin NƏZƏRİNƏ! Buna görə qətiyyən ödəniş etməyin! - FOTO

Sürücülərin NƏZƏRİNƏ! Buna görə qətiyyən ödəniş etməyin! - FOTO

Sürücülərin NƏZƏRİNƏ! Buna görə qətiyyən ödəniş etməyin! - FOTO


Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır.

Qadin.Net bildirir ki, bu barədə BNA-dan day.az-a bildirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.

 

"Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik", - deyə BNA-dan bildirilib

21 yanvar 2020
GO BACK