Çində bütün işləri robotlar görən ilk restoran açıldı.
Qadin.Net xəbər verir ki, Foodom adlı qeyri-adi iaşə obyekti Quanjou şəhərində yerləşir və Country Garden Holdings Co. Ltd-nin təşəbbüsüdür.
Restorana gələn müştəriləri robotlar qarşılayır.
Məhz elə onlar sifarişləri qəbul edir və yeməkləri hazırlayır.
Məlumata əsasən, mətbəxdə 32 robot-aşpaz fəaliyyət göstərir.
Xüsusi alqoritlərin sayəsində robotlar lazım olan məhsulları, onların çəkisini və yeməyin hazırlanması üçün tələb olunan zamanı müəyyən edə bilirlər