Qadin.NET / Tayland kralı silahı ilə diqqət çəkdi-FOTO

Tayland kralı silahı ilə diqqət çəkdi-FOTO

Tayland kralı silahı ilə diqqət çəkdi-FOTO


Hərbi andiçmə mərasimində qeyri-adi şəkildə iştirak edən kral klassik bir maşınla gəlib. Ancaq ən çox diqqəti cəlb edən bir silah olub.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, söhbət Tayland kralı Maha Vajiralongkorn və onun mühafizəçilərindən gedir.

Fövqəladə evliliyi, rəsmi məşuqəsi, geyimləri və geri aldığı titulları ilə dünya gündəmindən düşməyən kral bu dəfə gözlənilməz andiçmə mərasimi ilə diqqət çəkib.

Döyüş təyyarələrinin və tankların da iştirak etdiyi andiçmə mərasimində kürsüyə çıxan kral Maha, ona sədaqət andı verən əsgərlərə təşəkkür edib.

Kral mühafizəçilərinin qızıl silahları mərasimdə müzakirələrə səbəb olub.

Ötən ilin oktyabr ayında Krallığın müdafiə xərclərinin 40 milyard dollardan çox artdığı bildirilirdi. Səbəb isə ordunun bəzi əsas bölmələrinin birbaşa onun komandanlığına keçirilməsi idi.

Tayland kralının keçmiş qadın mühafizəçisi, 34 yaşlı Sineenat Wongvajirapakdini həyat yoldaşının gözləri önündə məşuqəsi elan etməsi də gündəm olmuşdu

19 yanvar 2020
GO BACK