Azərbaycanda sosial şəbəkə istifadəçiləri bir saatdan artıqdlr ki, "WhatsApp"ın işindən narazılıq edir.
Qadin.Net trend-ə istinadən bildirir ki, proqramda ismarışları, o cümlədən səsli mesajları nə göndərmək, nə qəbul etmək mümkündür.
Şirkətdən müəyyən problemlərin olduğu təsdiqlənib və xidmətin yenidən nə zaman aktivləşəcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, "WhatsApp" smartfonlar üçün nəzərdə tutulub və mətn, foto, video və audio şəkildə informasiya paylaşmaq imkanı verir, son illərdə isə bu tətbiqlə zəng etmək də aktivləşdirilib.