İngiltərədə cəmi 6 ədəd istehsal olunan və buna görə çox qiymətli olan bir funtluq sikkə 1.3 milyon dollara satılıb.
Dünya mətbuatında İngiltərə rəsmilərinə istinadla verilən xəbərə görə, sikkəni kolleksiyaçı alıb.
Ölkənin tarixindəki “ən bahalı 1 funt” olaraq şərh edilən sikkə Kral VIII Edvardın şərəfinə 1936-cı ildə buraxılıb.
Sikkənin altı ədəd istehsal edilməsinin səbəbi, kralın əsilzadə ailəsindən olmayan Uallis Simpsona aşiq olub, taxtı kraliça II Elizabetin atası VI Georqa təhvil verilməsi ilə izah edilir.