Qadin.NET / Koalaların nəsli kəsilə bilər

Koalaların nəsli kəsilə bilər

Koalaların nəsli kəsilə bilər


Avstraliyada genişmiqyaslı yanğınlar milyonlarla heyvanın həyatına son qoyub ki, bunların da arasında minlərlə koala olub.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, qitəyə çoxdan gözlənilən leysan yağışları yağıb, lakin bu, koalaların ölümünə gətirib çıxacaq daha bir amil oldu.Belə ki, adətən kisəlilər suyu yarpaqlardan alırlar. Lakin uzun sürən yanğınlardan sonra bitki çatışmazlığı yarandığı üçün, heyvanlar adət etdikləri yaşayış yerlərini tərk etməyə məcbur olurlar. Əksər koalalar insanlar yaşayan ərazilərə gəlir və yola çıxırlar.Bəziləri suyu birbaşa asfaltdan yalayaraq özlərini təhlükə altında qoyurlar. Belə ki, bu zaman onları tez-tez maşın vurur. Bundan əlavə, koalalara itlər də hücum edirlər, onlarda xəstəliklər yaranır, eləcə də kisəlilər stress yaşayırlar.

19 yanvar 2020
GO BACK