Burak Özçivit instaqramda oğlunun şəklini paylaşmamasının səbəblərindən danışıb.
Qadin.Net publika -az-a istinadən xəbər verir ki, aktyor dünən restorandan çıxarkən görüntülərinib. O, jurnalistlərin “Sizin oğlunuzla şəklinizi nə zaman görəcəyik” sualına “Vaxtı gələndə görəcəksiniz, tələsmirəm” deyərək Fahriyenin tələsdiyinə işarə edib.
Hazırda “Qurtuluş Osman” tarixi serialında çəkilən aktyor çəkilişlərin yaxşı getdiyini də vurğulayıb.
Xatırladaq ki, aktyorun xanımı Fahriye Evcenin oğlu Karanla fotosuna instaqramda 3 milyondan çox “like” gəlmişdi. Bu foto sosial şəbəkələrdə ən çox müzakirə olunan kadrlarından biri idi. İzləyicilər “Uşaq dediyin şirin olar, bu rəsmən yaraşıqlıdır” kimi rəylər yazmışdı