Məşhur model və aparıcı Çağla Şikel dəfilədə ölümdən dönüb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünən modelyer Hakan Akkayanın İstanbulda dəfiləsi baş tutub. Çağla Şikel tədbirin əsas modeli olub. Model podiumda yürüməyə hazırlaşarkən tavandan pərdələri tutan ağır dəmir borusu onun yanına düşüb. Şikel qəzadan möcüzə nəticəsində xilas olub.
Qeyd edək ki, Çağlanın atası əslən azərbaycanlıdır.