İndoneziyada özünə bənzəyən birinə mesaj yollayan qız onun əkizi olduğunu öyrənib.
“HaberGlobal”ın məlumatına görə, Cənubi Sulavesinin Qoşa qəsəbəsində yaşayan 16 yaşlı Nabila Az-Zəhraya “Instagram”dan mesaj gəlib.
Nadya Elvira adlı həmyaşıdı ona “səncə, bir-birimizə çox oxşamırıq?” mesajı yazıb.
Görüntülü olaraq danışan qızlar bir-birini görəndə şoka düşüblər.
Onlar söhbət zamanı keçmişlərinin 90 faizinin bir-birinə bənzədiyini anlayıblar.
Bu hadisəni ailəsinə danışan Nabila Az-Zəhra valideynlərinin onu övladlığa götürdüklərini öyrənib.
Məlum olub ki, Zəhranın əsl valideynləri maddi vəziyyətləri çətin olduğu üçün qızlarını 16 il əvvəl övladlığa veriblər