“Doğduğun ev kaderindir” serialı ilə yenidən ekranlara geri qayıdan aktrisa Demet Özdəmir təəccübləndirici addım atıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, haqqında tez-tez eşq həyatı ilə bağlı xəbərlər çıxan D.Özdəmir, “Google”da bu məlumatların alt sıralarda yayımlanması üçün şirkətlərin biri ilə müqavilə bağlayıb. Aktrisa bunun üçün 25 min lirə (təxminən 7 min manat) pul da ödəyib.
Qeyd edək ki, aktrisa həmkarı Seçkin Özdəmir ilə 6 ay, Can Yaman ilə 1 ilə yaxın münasibətdə olub. Demetin adı hazırda müğənni Oğuzxan Koç ilə hallanır