Aktrisa Gökçe Bahadır və yunan sevgilisi Yiannis Maqkos ayrılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, hazırda başı "İzmir'in Kızları" adlı müziklın hazırlıqlarına qarışan sənətçi özəl həyatı ilə gündəmə gəlib.
38 yaşlı aktrisa 2018-ci ildən sevgili olduğu Yiannislə bir müddətdir görüşmür. Buna səbəb cütlüyün arasına uzaq məsafənin girməsi olub. Gec-gec görüşən sevgililər münasibətə son qoyublar. Onlar bundan sonra dost qalacaqlarını bildiriblər