Güclü yağış əsrlərlə yaşı olan məzar daşlarını ortaya çıxarıb.
Qadin.Net xəbər verir ki, bu barədə İHA xəbər yayıb.
Bildirilir ki, hadisə Türkiyənin Balıkesir vilayətinin Bandırma rayonunda baş verib. Leysan nəticəsində torpaq sürüşüb, bundan sonra məzar daşları üzə çıxıb.
Əraziyə gələn jandarma əməkdaşları məsələ ilə bağlı Bandırma Muzey İdarəsinə məlumat veriblər.
Mütəxəssislərin apardığı araşdırma nəticəsində məzar daşlarının bir neçə əsr yaşı olduğu müəyyənləşib. Aparılan araşdırmadan sonra məzar daşları muzeyə aparılıb