Dünya şöhrətli müğənni Cennifer Lopez növbəti dəfə “Guess&Marciano” brendinin siması seçilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 50 yaşlı ulduz markanın yaz kolleksiyası üçün kamera qarşısına keçib.
Müxtəlif geyimlərdə pozlar verən sənətçi, ideal bədən quruluşu ilə diqqət çəkib.
Fotoların müəllifi isə Tatyana Gerusovadır.