Qadin.NET / Tuba Büyüküstün yeni serialda-VİDEO

Tuba Büyüküstün yeni serialda-VİDEO

Tuba Büyüküstün yeni serialda-VİDEO


Baş rollarını Tuba Büyüküstün, Cem Yiyit Üzümoğlu, Selim Bayraktar, Birkan Sokullu kimi məşhurların canlandırdığı “Rise of Empires: Ottoman” ("İmperiyaların çiçəklənməsi: Osmanlı imperiyası”) sənədli serialın yayım tarixi bəlli olub. 

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ekran işi yanvarın 24-də “Netflix”də yayımlanacaq.

6 bölümdən ibarət olan serialda Fatih Sultan Mehmetdən, İstanbuldan və Osmanlı imperatorluğunda baş verən hadisələrdən bəhs edilir.

Ekran işinin səsləndirilməsində Halit Ergenç də iştirak edib

16 yanvar 2020
GO BACK