Qadin.NET / 14 gündə 2000 zəlzələ xəritəni dəyişdi-FOTO

14 gündə 2000 zəlzələ xəritəni dəyişdi-FOTO

14 gündə 2000 zəlzələ xəritəni dəyişdi-FOTO


Porto-Rikoda iki həftədə 2000 zəlzələnin baş verməsinə görə ölkənin xəritəsi dəyişib. Bu barədə NTV xəbər verib.

Bildirilir ki, qorxulu kadrları NASA təqdim edib. Belə ki, elm adamları, federal və yerli səlahiyyətli şəxslər dəyən zərərin miqdarını öyrənmək üçün Kosmik Agentliyə müraciət edib. Qurum bu xahişi yerinə yetirmək üçün peyk məlumatlarını yoxlayıb və torpaq üzərində qalıcı dəyişikliklər müəyyən edib. 

Avropa Kosmik Agentliyi də bununla bağlı peyk görüntülərini yayımlayıb. Xəritədəki qırmızılanan yerlər yerini dəyişən əraziləri, tünd rənglər isə dəyişikliyin daha çox müəyyən olunduğu yerləri göstərir

Elm adamlarının sözlərinə görə, ən böyük dəyişiklik (yaşıl ulduzla işarələnən) Ponce şəhərinin qərbidir. 

Qeyd edək ki, Porto-Riko sonuncu dəfə yanvarın 7-də 6,4 bal gücündə zəlzələ ilə sarsılıb.

Yeraltı təkanlar nəticəsində bir nəfər həlak olub. Bundan başqa, 600 binaya zərər dəyib, beş min insan hökumət sığınma evlərində müvəqqəti məskunlaşıb

14 gündə 2000 zəlzələ xəritəni dəyişdi-FOTO

14 gündə 2000 zəlzələ xəritəni dəyişdi-FOTO


16 yanvar 2020
GO BACK