Qadin.NET / "Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO

"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO

"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO


Amerikalı aktrisa Zoi Kravitz Ellen Dedjeneresin şousunda, Pişik-qadın rolunu oynadığı Met Rivzin "Batman" filminin çəkilişinə necə hazırlaşdığı haqqında danışıb.

 Qadin.Net trend-ə istinadən bildirir ki, aktrisa deyib: "Hər şey qaydasındadır. Çox həyəcanverici və fiziki cəhətdən çox çətindir. O qədər məşq edirəm ki, evə güclə çata bilirəm".

Zoi Kravitz əlavə edib ki, hazırda Robert Pattinson (Batman) və Kolin Farell (Pinqvin) iştirak edəcəkləri çəkilişlər üçün Londona uçmağı planlaşdırır.

Super qəhrəmanlar filmində həmçinin Jefrey Rayt (Polis Komissarı Jeyms Qordon), Pol Dano (The Riddler), Endi Serkis (Butler Alfred Pennivorf) və başqaları rollar aliblar.

Filmin təqdimatı 2021-ci ilin iyun ayında planlaşdırılır.

"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO


14 yanvar 2020
GO BACK