Nazirlər Kabineti Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərar qəbul edib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, qərara əsasən, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.
Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:
I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;
II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.