Qadin.NET / BÜRCLƏR bizə nə vəd edir?-13 Yanvar

BÜRCLƏR bizə nə vəd edir?-13 Yanvar

BÜRCLƏR bizə nə vəd edir?-13 Yanvar


Qoç - dəyərli əşyaların itirilməsi, yaxud havayı yerə xərclər mümkündür. Yaxşı olar ki, qadınlarla sövdələşmələrdən çəkinəsiniz. İstənilən məsələni, xüsusilə iş və ya biznesə aid problemləri öz cinsinizdən olan insanlarla müzakirə etməyə çalışın. Belədə daha düzgün qərarlar verərsiniz.

Buğa - bütün gün ərzindən mənfi tendensiyaların təsirini hiss edəcəksiniz. Odur ki, vacib qərarlar verməyin. Ancaq yaxşıca düşünülmüş ehtiyatlı hərəkətlər istədiyiniz nəticəni əldə etməyinizə imkan verər. Ancaq təəssüf ki, siz ekstravaqant hərəkətlər edərək, ətrafdakıları şoka salmağı üstün tutursunuz.

Əkizlər - Şəxsi münasibətlərdəki ahəngdarlığa isə yağışdan sonra göbələk kimi artan illüziyalar mane olur. Nə qədər çox fantaziyaya qapılsanız, reallığa qayıtmaq bir o qədər çətin olacaq.

Xərçəng - elə bir gündür ki, hətta ən qapalı adamlar ünsiyyətə meyl edirlər, hiyləgərlər isə bir müddətlik doğruçul və dürüst olurlar.  İşgüzar məsələləri müzakirə etmək olar. Özünə inam, inadcıllıq, əzmkarlıq nümayiş etdirənlər danışıqlarda uğur qazanacaqlar. Güclü şəxsiyyətlər heç bir təzyiqlə üzləşməyəcəklər.

Şir - günün əvvəlində pis xəbər ala bilərsiniz, şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz olaraq hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək çətindir, amma məcbursunuz.

Qız - iş üçün çox uğurlu gündür. Ötən həftənin problemlərini uğurla həll edir və yeni planların reallaşdırılmasına başlayırsınız. Özünüzə tərəfdaş və həmfikir tapmaq elə də çətin deyil, həmçinin onlarla işləmək də xoş olacaq. Xarici partnyorlarla əlaqələr dinamik inkişaf edir. Ezamiyyətə yollanmaq olar.

Tərəzi - şəxsi münasibətlərdə isə vəziyyət bir qədər başqadır. İstənilən məsələyə praqmatik yanaşmağınız yaxınlarınızı təəccübləndirir və qıcıqlandırır. Ətrafınızdakıların həyəcanları sizi qətiyyən maraqlandırmır, istəmədən qəddarlıq edirsiniz

Əqrəb - maraqlandığınız adamlarla ünsiyyət qurmaq istəyirsinizsə, axşama doğru onları başınıza toplayın. Həm evinizdə qonaq qəbul edə, həm də özünüz kimisə evinə qonaq getməklə sevindirə bilərsiniz. İstənilən halda, gözəl vaxt keçirəcəksiniz.

Oxatan - qəti addımlar atmaq, möhtəşəm hərəkətlər etmək həvəsi hər dəqiqə artır. Ehtiyat nədənsə yaddan çıxır, bu səbəbdən travma almaq və pis vəziyyətlərə düşmək riski artır. Bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər. Ailədə, yaxınlarla münaqişələr mümkündür. Emosiyalar aşıb-daşır və əksəriyyət onların öhdəsindən gələ bilmir.

Oğlaq - xoş və maraqlı gündür. Bu ərəfədə başlanan xoş hadisələr davam etməkdədir. Yeni, parlaq ideyalarınız var. Heç kömək ummadığınız insanlar planlarınızı həyata keçirməkdə sizə kömək edirlər: nəhayət ki, sizin də qədrinizi bilməyə başladılar. Alış-veriş üçün əla gündür, nəinki özünüzə, həmçinin yaxınlarınıza da hədiyyələr ala bilərsiniz. 

Dolça - sizin nikbinliyiniz əla zireh və əvəzolunmaz silahınızdır. Onun köməyilə istənilən maneəni dəf edə bilərsiniz. Bu gün nəinki işgüzar, hətta demək olar ki, döyüşkən ruha köklənmisiniz. Odur ki, sizin rəqiblərinizə və düşmənlərinizə ancaq təəssüf etmək qalır. Hansısa irimiqyaslı və uzunmüddətli layihəyə başlamaq məsləhətdir.

Balıqlar - səhər heç də xeyirə açılmır. Əhvalınızı yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək xoşunuza gəlməyəcək. Bir çox Balıqlar bu gün artıq əhəmiyyətini itirmiş əlaqələri qırmaq qərarına gələcəklər.

12 yanvar 2020
GO BACK