İnsult keçirən qadın xəstəxanada yatarkən 5 gün sonra sidiyi bənövşəyi rəng alıb. Bunun səbəbi kimyəvi reaksiya olub.
Qadin.Net medicina.az-a istinadən bildirir ki, qəribə olay Fransada baş verib. "Bənövşəyi sidik sindromu" çox nadir halda rast gəlinir. Tibbi ədəbiyyatda ilk dəfə 1978-ci ildə qeyd olunub.
İlk əvvəl yaranma səbəbi məlum olmayıb, amma 2018-ci ildə alimlər bunun uzun müddət sidik kateteri istifadə edildikdə baş verməsini bildirib.
Daha doğrusu triptofan mübadiləsinin bakteriyalarla parçalanmasıdır. Triptofan zülallı ərzaqlardan qaraciyər və bağırsaqlara keçir. Burda o indoksilsukfata çevrilir. Bu maddə isə sidik bakteriyaları ilə kimyəvi reaksiyaya girərək indiqo və indirubin rəng alır.
Bu pasiyentin sidiyində Klebsiella pnevmonia bakteriyaları aşkar olunub.
Məlum olub ki, xəstəxanaya gəldiyi gündən ona zülalla zəngin qida verilib. Həkimlər venadaxili hidratasiya apararaq, sidiyi normal rənginə qaytarıblar