Türkiyəli müğənni Ömür Geldik 12 ilə yaxın eşq yaşadığı Fərhad Köçər ilə niyə evlənmədiklərinin səbəblərini açıqlayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, müğənninin sözlərinə görə, Fərhad Köçərin evlilik məsələsində fobiyası var: “Mən əvvəllər evlənməsəydim və uşaq sahibi olmasaydım, onu məcbur edərdim. Bu səbəblə illərdir üzərinə getmirəm. Təbii ki, ailə gözəldir”.
Məşhur müğənni Fərhad Köçər də məsələyə münasibətibildirib: “12 illik münsibətdə bunlar normaldır. Bizim ayrılığımız ən çox 20 gün davam edir. Bu hal 3 dəfə başımıza gəlib. Mübahisələr olacaq, bunlar münasibətlərin duzu-istiotudur”.