Qadin.NET / Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO

Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO

Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO


Tanınmış müğənni Sılanın keçmiş sevgilisi aktyor Ahmet Kuralın yeni filmi reytinq qurbanı olub.

Qadin.Net oxu.az-a istinadən  xəbər verir ki, bir müddət öncə sevgili olan cütlük şiddət səbəbi ilə məhkəməlik olmuşdu.

Məşhur cütlük arasında yaranan problemlər aktyorun yeni filminin reytinqinə mənfi təsir edib. Filmin çox az izlənmə səbəbinin Ahmet Kural ilə Sıla arasındakı davam edən məhkəmə ilə bağlı olduğu bildirilib.

Bir çox qadın şiddət iddialarına görə “Baba parası” filmini izləməkdən imtina edib.

“Box Office” şirkətinin açıqladığı məlumatlara əsasən, yanvarın 1-dən nümayiş olunan Murat Cemcir və Ahmet Kuralın oynadığı film bir həftədə 493 min 355 dəfə izlənilib.

Bundan öncəki  “Ailəcək Şaşkınız” filmi isə bir həftədə 680 min 409 dəfə, ümumi olaraq isə 1 milyon 134 min dəfə izlənmişdi.

Qeyd edək ki, Ahmet Kural Sılanı döyərək, ona təpik zərbələri endirmiş, daha sonra isə külqabını başına çırpmışdı.

Sılanın Ahmet Kural tərəfindən döyülməsi tibbi ekspertiza tərəfindən təsdiqlənib. Sənədlərdə müğənninin sifətində əzilmə, beyin qapağında şiş, üzündə və bədənində göyərtilər olduğu qeyd olunub.

Hazırda keçmiş sevgililərin işi məhkəmədədir

Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO

Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO


9 yanvar 2020
GO BACK