Neymarın şəxsi həyatı yenidən gündəmə gəlib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, İspaniya mediası braziliyalı ulduzun amerikalı müğənni Demi Lovato ilə münasibətə başladığını iddia edib.
Bu iddia Neymarla müğənni arasındakı yazışmadan sonra üzə çıxıb. Belə ki, Demi Lovatonun "Sorry not sorry" adlı yeni mahnısını maşınında dinləyən Neymar sosial mediada musiqini etiketləyərək "Yeni mahnını çox bəyəndim" yazıb və öpüş smayliki qoyub.
Demi Lovato isə cavabında "Bu, mənim üçün möhtəşəm" hadisədi. Təşəkkürlər Neymar" yazıb.
İspaniya mediası iddia edir ki, bundan sonra futbolçu və müğənni sosial media vasitəsi ilə danışmağa başlayıb. Daha sonra isə onlar görüşüb.