Qadin.NET / Rassel Krou Avstraliyadakı yanğına görə tədbirə gəlməyib

Rassel Krou Avstraliyadakı yanğına görə tədbirə gəlməyib

Rassel Krou Avstraliyadakı yanğına görə tədbirə gəlməyib


Dünyaca məşhur avstraliyalı aktyor Rassel Krou iki gün əvvəl Beverli-Hillsdə keçirilən “Qızıl Qlobus 2020” müakafatandırma gecəsinə qatıla bilməyib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, “Ən gur səslə” mini serialındakı obrazına görə “ən yaxşı aktyor” nominasiyasında mükafat qazanan sənətçi, vətənində baş verən yanğına görə gecədə iştirak etməyib.

O, Avstraliyada ailəsi ilə qalaraq kütləvi məşə yanğınları ilə mübarizə aparmağı daha üstün sayıb.

Aktrisa Cennifer Eniston səhnədə, “Qızıl Qlobus”un təqdimat mərasimi zamanı Krounun ismarıcını da çatdırıb:

“Avstraliyada baş verən faciə iqlim dəyişikliyi ilə əlaqədardır. Biz elm əsasında hərəkət etməli, qlobal işçi qüvvəmizi bərpa olunan enerjiyə çevirməliyik. Həyat üçün nadir və təəccüblü bir yer olan planetimizə hörmət etməliyik. Bizim hamımızın gələcəyi var. Çox sağ olun”

7 yanvar 2020
GO BACK